Avirtel
Hörmətli İnternet istifadəçilərimiz
25 iyn, 2019
Hörmətli İnternet istifadəçilərimiz,
Son aylarda iki dövlət provayderi - “Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC tərəfindən şirkətimizə məxsus şəbəkəyə və ATS-lərdə yerləşdirilmiş texniki avadanlıqlara olunan müdaxilələr və yaradılan süni maneələr nəticəsində İnternet xidmətlərinin istifadəçilərimizə kəsintisiz çatdırılmasında ciddi problemlər yaranmışdır. Hazırda problemin həlli istiqamətində danışıqlar aparılır. Bizdən asılı olmayaraq yaranmış problemlərə görə dəyərli istifadəçilərimizdən üzr istəyir və problemin qısa zamanda aradan qaldırılması istiqamətində səy göstəririk.