Hədəf və Missiya
AvirTel özünün biznes prinsiplərinə, cəmiyyətimizə və dövlətimizə sadiq, müştəri və tərəfdaşlarının etimadını qoruyan, hədəflərini hər gün yüksəldən, şəffaf və güvənli şirkət olaraq tanınır.
Bizim hədəfimiz müştərilərə keyfiyyətli xidmətlər göstərmək, onların rəy və təkliflərini nəzərə alaraq tələb olunan yenilikləri tətbiq etmək, daim yenilənən bazarın, müştərilərimizin, o cümlədən qanunvericiliyin tələblərini nəzərə alaraq yüksək keyfiyyətli xidmətləri təmin etməkdir.
Biz hər zaman şirkətimizin fəaliyyət effektivliyini təkmilləşdirmək, əməyin individual səmərəliliyini artırmaq üçün peşəkar kadrları bir yerə toplayaraq bilik və bacarıqlarımızı şirkətimizin və cəmiyyətimizin mövqeyinin möhkəmləndirilməsinə, daha yaxşı bir gələcəyin qurulmasına yönəlik addımlar atırıq.