Prezidentin mesajı
PEŞƏKARLIĞIMIZ VƏ TƏCRÜBƏMİZ XƏYALLARIMIZI REALLIĞA QOVUŞDURDU:
Biz AvirTel olaraq inanırıq ki, informasiya texnologiyaları xidmətlərinin göstərilməsində əsas amil texnologiyadan daha çox xidmətlərin xarakteri və son istifadəçilərin onlardan necə faydalanmasıdır. Elektron xidmətlərə keçidin ən effektiv yolu müxtəlif mərhələlərdə meydana gələ biləcək dəyişikliklərə qarşı təbii müqavimət göstərmək, çətinlikləri dərk etmək və onlara əsasən müvafiq qərarlar qəbul etməkdir. Məhz belə strateji düşüncə tərzi və dəyərlər sisteminə hörmət bizim Azərbaycanın informasiya texnologiyaları sektorunda özümüzə mühüm yer qazanmağımızda əhəmiyyətli rol oynamışdır.
Son bir neçə ildə baş verən yenilikləri yaxından təqib etməyimiz, müvafiq bilik və bacarıqların ötürülməsi üzrə effektiv vasitələrdən səmərəli istifadə, mövcud sahə üzrə oxşar biznes təcrübələrini dərindən öyrənərək fəaliyyətimizdə tətbiq etməyimiz bizi müştərilər üçün ideal tərəfdaşa çevirmişdir.
Biz hədəf kütlənin tələblərini nəzərə alaraq ən qabaqcıl texnologiyalar və əhatəli xidmətlər toplusunu tətbiq etməklə mövcud bazar boşluqlarını aradan qaldırmağa çalışırıq.
Yuxarıda qeyd edilənlər bizim əsas məqsədimizdir və bu məqsəd bizə gələcək illərdə də fəaliyyətimizi məhz bu yolla davam etdirməyə stimul verəcəkdir. Tərəfdaşlarımızın, mütəxəssislərin, dost və müştərilərimizin bizim dəyərlər sistemimizə, məqsəd və bacarığımıza, bir sözlə şirkətimizə inam və etimadı əldə etdiyimiz uğurlarda və bugünkü AvirTel-in formalaşmasında mühüm rol oynamışdır. Biz bu inamı doğrultmaq üçün bundan sonrakı fəaliyyətimizdə də əlimizdən gələnləri ən yaxşı şəkildə həyata keçirməyə çalışacağıq.
Dərin hörmətlə,
İ.Şabani
Avirtel MMC-nin Prezidenti