Tarixçə
Amerika şirkəti Cybernet Communication Inc.-ın filialı olan Avirtel 2000-ci ildə sadə bir məqsədlə - ən yaxşı İKT xidmətlərini təmin etmək məqsədilə təsis olunmuşdur.
Şirkətimiz 15-ci ildönümü ərəfəsində uğurla brend yeniləməsini (rebranding) həyata keçirmiş, qlobal brendlərlə uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmuş, müştərilərinə daha keyfiyyətli, genişçeşidli həllər təqdim etmək üçün xidmətlərinin və məhsullarının sayını artırmışdır.
Avirtel Azərbaycanın telekommunikasiya bazarında müştəri xidməti sahəsində liderlərdən biridir. Hər zaman müştərilərimizin qeydinə qalan peşəkar müştəri xidmətləri komandamızla biz fəaliyyətə başladığımız ilk günlərdən bu günədək müştərimizə eyni qaydada yüksək səviyyəli xidmət təqdim edirik.
Etibarlı, rahat və təhlükəsiz qoşulma təmin edən Avirtel kompleks məhsul və xidmətlər təklif etməklə öz müştərilərinə effektiv ünsiyyət qurmağa yardım edir. Müştərilər Avirtel-in genişzolaqlı sürətli internet xidmətləri, IPTV, 088 Toll Free, Zəng Mərkəzi, Biznes Proseslərinin İdarəedilməsi Proqramı (BPMS), Mobil həllər, IT Outsourcing, IKT Konsultasiya və Təlim, Veb dizayn, Reklam, IKT təhlükəsizlik xidmətləri, LED həllər və geniş çeşidli məhsullarından faydalana bilirlər.
· Missiyamız – müştəri gözləntilərini təmin etmək və hər kəsə yüksək səviyyədə xidmət göstərməkdir.
· Şəbəkəmiz – Biz Bakı və Azərbaycanın 40 regionunda xidmət, məhsul və İKT həllər üzrə əməkdaşlıq təklif edirik.
· Tərəfdaşlarımız –Müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün biz Apple, SNOM, EZCAST, BlueSonic, ADTRAN, NetSapiens, Mimio kimi uğurlu qlobal şirkətlərlə əsasən eksklüziv əsaslarla tərəfdaşlıq qurmuşuq.
· Uğurlarımız - AvirTel fəaliyyəti müddətində həyata keçirdiyi uğurlu layihələr sayəsində müstəqil təşkilatlar tərəfindən bir sıra nüfuzlu mükafatlar, sertifikat və təltifnamələrə layiq görülmüşdür. 2 il ard-arda “İlin İnternet Provayderi”, Toll Free xidmətinin uğurlu tətbiqinə görə “Brand Award”, korporativ saytlar nominasiyasında Millinet 2015-in qalibi, Bakutel 2015 sərgisində “Ən füsunkar stend” mükafatları bunlardan sadəcə bir neçəsidir.
Avirtel yaxın zamanlarda yeni texnoloji showroom müştərilərə təqdim edəcəkdir. Burada biz ən son texnologiyalar nümayiş etdirəcək, eləcə də Apple məhsullarının satışı və satışsonrası dəstəyini həyata keçirəcəyik.
Hal - hazırda Avirtel Apple sertifikatlı mütəxəssisləri ilə Bakı və respublikanın bölgələrində Apple cihazlarının zəmanətli təmirini həyata keçirir.
Azərbaycandakı təcrübəmiz, yerli və beynəlxalq tərəfdaşlarla olan sıx əməkdaşlığımız bizim gələcək uğurlarımıza zəmanət verir. Biz yerli biznesin tələblərini, qanunvericiliyi və onu tənzimləyən qaydaları yaxşı dərk edir, sahəsindən asılı olmayaraq bütün biznes müştərilərimiz, o cümlədən son istifadəçilər üçün ən yaxşı həllər təklif edən İKT ekspertləriyik.
Müştərimizin fəaliyyət sahəsi və tələblərindən asılı olmayaraq, hədəfimiz mükəmməl xidmətdir!