Avirtel
Avirtel Amerika Ticarət Palatasının üzvü oldu.
10 may, 2017
Avirtel Amerika Ticarət Palatasının (AmCham) üzvü olmaqdan qürur duyur. Biz AmCham-ın müvafiq komitələrində, xüsusilə də İKT Komitəsinin işində fəal iştirak etməyi planlaşdırırıq. İnanırıq ki, sahə üzrə dərin biliklərimiz, habelə peşəkar komanda üzvlərimiz komitənin işinin effektivliyinə öz tövhəsini verəcəkdir.
Amerika Titacət Palatası Azərbaycanda beynəlxalq və yerli şirkətinlərin maraqlarını qoruyan və önə çəkən aparıcı özəl qeyri-kommersiya təşkilatıdır. 1996-cı ildə yaradılmış təşkilatın tərkibində Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 250-dən artıq Müntəzəm və Müxbir üzv fəaliyyət göstərir. AmCham xarici şirkətlərin təxminən 80%-ini və mühüm sayda yerli şirkəti özündə birləşdirir.