avirStore mağazamız açıldı
Avirtel keyfiyyətli xidmət prinsipini əsas tutaraq Azərbaycan müştərilərinə İKT xidmətləri göstərir. Şirkətimiz bu prinsipə sadiq qalaraq yeni layihəyə imza atdi. Belə ki, Avirtel Apple satış və servis mərkəzi olan avirStore mağazasını Apple sevərlərin ixtiyarina verdi.
avirStore Apple məhsullarının satışı ilə yanaşı, genişçeşidli xidmətlər təklif edir. Apple məhsullarının satışı və dəstəyi üzrə ixtisaslaşmış peşəkar mütəxəssislər müştərilərə mükəmməl xidmət göstərməyə hər an hazırdırlar.
Avirtel artıq 16 ildir ki, yerli bazarda peşəkar İKT xidmətləri göstərir. Xidmət çeşidlərinə, yüksək sürətli İnternet, İPTV, Toll Free, Zəng mərkəzlərinin qurulması, İKT məsləhətçilik və outsourcing xidmətləri və s. daxildir. Şirkətimiz Amerikanın bir sıra nüfuzlu brendlərinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.
Bunu açılış mərasiminin fəxri qonağı – Amerika Birləşmiş Ştatların ölkəmizdəki səfiri – cənab Robert Sekuta öz çıxışında xüsusi olaraq vurğuladı.
Mərasimin fəxri qonağı olan cənab Sekuta şirkətin prezidenti cənab İsmayıl Şabani ilə birgə Apple Premium Reseller standartına uyğun dizayn olunmuş mağazanın açılış lentini kəsərək məhsul və xidmətlər ilə yaxından tanış olmuş və avirStore-a gələcək işlərində uğurlar arzu etmişdir.
Cənab Sekuta həmçinin Avirtel-in bir Amerika şirkəti olaraq Azərbaycanla Amerika işgüzar münasibətlərinin formalaşmasında oynadığı əhəmiyyətli rolunu xüsusi olaraq vurğulamışdır.
avirStore Apple sevərlərə, almazdan əvvəl sınaqdan keçirmək üçün iPhone, iPad, Mac, Apple watch məhsullarını və geniş aksessuar çeşidlərini təklif edir. Mağazada müştərilərin məhsuldan maksimum yararlanması üçün ödənişsiz məsləhət verən yüksək təcrübəli mütəxəssislər çalışır. Əlavə olaraq, yeni mağazada müştərilər ödənişsiz wife xidməti, habelə “Genius Bar”-da yerində ödənişsiz dəstək və məsləhətlər ala biləcəklər.
avirStore-da təcrübəli satış personalı Apple şirkətinin iPhone 7 və 7 plus da daxil olmaqla, ən son məhsulları haqqında müştəriləri məlumatlandırırlar.Eyni zamanda mağazada müştərilər bütün məhsulları sınaqdan keçirmək fürsəti əldə edirlər.
Qeyd edək ki, avirStore-un peşəkar mütəxəssisləri satışdan sonrakı dəstək və servis çərçivəsində yaranan bütün növ problemləri qısa zaman ərzində zəmanətlə həll etməyə kömək edəcəkdir.
avirStore istəyə uyğun satış və dəstək xidmətləri təklif edir.
Biznes üçün Apple
Təhsil üçün Apple
VİP və eksklüziv Apple məhsulları
Yenilənmiş Apple məhsulları
Avirtel mağazanın açılışı ilə bərabər applemarket.az adlı yeni layihəyə də start vermişdir. Bu layihənin məqsədi Apple markasının azərbaycanlı sevənlərinin (üçün) sevimli markaları haqqında ən son məlumatları bu sahədə ixtisaslaşmış onlayn resurs vasitəsilə öz doğma dillərində əldə edə biləcəyi, habelə Apple biliciləri ilə fikir mübadiləsi apararaq onları maraqlandıran suallara cavab tapmaqlarına yardımçı olacaq mərkəzləşmiş bir platforma qurmaqdır.
iCihazlardan daha effektiv istifadə məqsədilə applemarket.az veb səhifəsində və eyni adlı facebook hesabında avirStore mütəxəssisləri azərbaycan dilində maraqlı və faydalı məlumatlar paylaşırlar.
Bunlarla yanaşı applemarket.az veb-səhifəsində Apple cihazlarının alqı-satqı və ya mübadiləsini həyata keçirə bilərsiniz. Burada köhnə iCihazınızı ən münasib şərtlərlə sataraq, xəyalınızdaki yeni iCihaza daha tez qovuşa bilərsiniz. Bu sahədə ixtisaslaşmlş peşəkar mütəxəssislər cihazı ən qısa zamanda qiymətləndirərək onu lazımı müştəri kateqoriyasına yönləndirəcəklər.
İnanırıq ki, hər gün səhər 10-dan axşam 8-ə qədər Məmməd Araz 50c ünvanında fəaliyyət göstərən avirStore satış və servis mərkəzimiz mükəmməl xidmət və məkan yerləşməsinə görə azərbaycanlı Apple sevərlərin və qonaqların diqqətini cəlb edəcəkdir.