Xəsis iki dəfə xərcə düşər
Dünyanı öz cazibəsi və gözəlliyi ilə heyran edən Apple cihazları Azərbaycanda da böyük tərəfdar ordusuna malikdir. Rahatlıq, zövq, prestij təmin edən bu cihazlar eyni zamanda çox zərif olduqlarına görə tez-tez istifadəçilər həlli çətin olan bir sıra problemlərlə üzləşirlər. Bu problemlərin qısa zaman ərzində həlli məqsədilə Avirtel Servis Mərkəzinin peşəkar mütəxəssisləri Bakı və regionlarda hər növ Apple məhsullarının zəmanətli təmir və proqram təminatını həyata keçirir. Şirkətdən verilən məlumata əsasən bir sıra hallarda servisə gətirilən iCihazlar, təəssüf ki, təmirə tam yararsız olur. Buna əsas səbəb isə təmirin qeyri-peşəkarlara əmanət edilməsi göstərilir. Belə ki, problemli iCihazla təmir üçün “qara bazara” üz tutan istifadəçilər ciddi baxış, diaqnoz və professional yanaşma tələb edən təmir işini qeyri-peşəkarlara həvalə edir. Bu halda, ilkin problemləri həll etməyi bacarmayan qeyri-peşəkarlar onu daha da dərinləşdirir və bunun nəticəsində cihazda əlavə problemlər meydana çıxır. Həmçinin cihazların təmiri zamanı qeyri-peşəkarlar tərəfindən orijinal olmayan ehtiyat hissələri istifadə edilir. Bu isə iCihazlarda daha böyük, əksər hallarda isə həlli mümkün olmayan problemlərə yol açır və beləcə siz sevimli iCihazınızla vidalaşmalı olursunuz. Avirtel Servis mərkəzinin Apple sertifikatlı, peşəkar mütəxəssisləri isə iCihazların təmiri zamanı yalnız orijinal ehtiyat hissələrdən istifadə edir və xidmətə tam zəmanət verir. Odur ki, dəyərli cihazınızı peşəkarlara etibar edin.
Unutmayın! Qeyri-peşəkarların xidməti və təmir zamanı qeyri-orijinal detallardan istifadəni seçməklə siz ikiqat xərcə düşürsünüz!
Necə deyərlər, xəsis iki dəfə xərcə düşər.