Avirtel
Business Insight üçün Çağrı Mərkəzi qurduq
3 mar, 2016
Avirtel şirkəti Business Insight Ltd. ilə əməkdaşlığı çərçivəsində şirkət üçün 088 Toll Free xidməti üzərindən tam funksional Çağrı Mərkəzi qurmuşdur. Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə Business Insight Ltd. artıq daxil olan zəngləri problemsiz qəbul edir. Bu mərkəzin qurulması sayəsində eyni zamanda cavabsız zənglərin sayı minimuma enmişdir. Qeyd edək ki, Çağrı Mərkəzinin qurulmasında Avirtel-in Azərbaycanda eksklüziv distributoru olduğu Snom İP telefonlarından istifadə edilmişdir.
Çağrı Mərkəzi şirkətin müştəri məmnuniyyətinin yüksəlməsinə təkan verən bir sistemdir. Belə ki, Çağrı Mərkəzini 088 prefiksli Toll Free xidməti üzərində quran şirkət müştəri və tərəfdaşlardan zəngləri tamamilə pulsuz qəbul edir.