Avirtel
Fırıldaqçılardan özünüzü qoruyun!
26 yan, 2016
Son günlərdə müxtəlif istifadəçilərimiz tərəfindən verilmiş məlumatlara görə özünü Avirtel-in nümayəndəsi kimi qələmə verən şəxslər abunəçilərimizin evlərinə girərək onlara internetlə bağlı problemin olduğunu bildirir. Bundan sonra modemdə, kompyuterdə və s. guya düzəliş edərək, abunəçilərdən pul tələb edirlər. Nəzərinizə çatdırmaq istəyirik ki, heç bir Avirtel nümayəndəsi siz tərəfdən sorğu olmadığı halda evinizə gəlmir və mütləq gəlməzdən öncə sizinlə əlaqə saxlayaraq vaxtı dəqiqləşdirir.
Hörmətli abunəçilərimiz!
Belə hallarla üzləşdikdə, dərhal 176 Qaynar Xəttimizlə əlaqə saxlayaraq bizə məlumat verməyinizi xahiş edirik.