Avirtel Puzzle oyununun qalibləri
Avirtel öz Facebook səhifəsində izləyiciləri üçün uduşlu Avirtel puzzle oyunu təşkil etmişdir. Avqustun 12-dən sentyabrın 12-ə qədər keçirilən bu oyunda 3 yer üçün mükafatlar nəzərdə tutulmuşdur. Bu oyunun iştirakçılar ən qısa zamanda ən az gediş etməklə Avirtel-in logo-sunu və xidmətlərini düzgün sırada quraşdırmalı idi. Nəticələrə əsasən, birinci yerin qalibi Elnur İsmayılov Avirtel-dən 6 aylıq pulsuz ADSL internet, İPTV xidməti, İPTV set-top box və 16 GB yaddaş kartı, ikinci yerin qalibi Ramal Şıxəliyev 3 aylıq pulsuz ADSL internet, ADSL modem və 16 GB yaddaş kartı, üçüncü yerin qalibi Hümbət İsmayılov isə 1 aylıq pulsuz ADSL internet və 16 GB yaddaş kartı hədiyyə qazanmışlar.
Biz isə öz növbəmizdə bütün iştirakçılara təşəkkürümüzü bildirir və qaliblərimizi təbrik edirik. Daha çox viktorinaların iştirakçısı olmaq üçün bizi izləyin.