VDSL2
Çox yüksək sürətli rəqəmsal abunəçi xətti 2 (VDSL2) yüksək sürətli internet təmin etmək məqsədilə ənənəvi telefon xidməti üçün istifadəyə verilmiş mis naqillərin mövcud infrastrukturunu istifadə edən giriş texnologiyasıdır. VDSL2 Çox yüksək sürətli rəqəmsal abunəçi xəttinin (VDSL) gücləndirilmiş versiyasıdır.