FAQ
1) WiFi nə deməkdir?
Simsiz (wi-fi) hotspotlar noutbuk, smartfon kimi mobil cihazlarla ictimai yerlərdə şəbəkə və ya internetə girişinizi təmin edən giriş nöqtələridir. Başqa sözlə desək, istifadəçilər öz noutbuk və digər mobil cihazları ilə belə yerlərdə internetə simsiz qoşula bilər.
2) WiFi hansı tezliklərdə çalışır?
WiFi 2.4 GHZ və 5 GHZ tezliklər diapazonunda çalışır.
3) WiFi şəbəkəsi yaratmaq üçün xüsusi modemə ehtiyac varmı?
İstifadə olunan modemdə WiFi şəbəkəsi yaratmaq üçün müvafiq funksiya olmalıdır.
4) Xüsusi WiFi şəbəkəsi necə tanıdılır?
Xüsusi WiFi şəbəkəsi AP (Access Point) adı vasitəsi ilə tanıdılır. AP adı modemin daxilində konfiqurasiya olunur.
5) WiFi şəbəkəsinə daxil olmaq üçün hansı kodlaşmadan istifadə etmək məsləhət görülür?
Biz WPA2/PSK kodlaşma növünündən istifadə etməyi məsləhət görürük.
6) Avirtel hansi WiFi şəbəkələrini quraşdıra bilər?
Şirkətimiz ofis daxili WiFi, ictimai yerlərdə hotspot WiFi, eləcə də ofislərarası WiFi şəbəkələri quraşdıra bilər.