ADTRAN
Avirtel ADTRAN-ın Azərbaycandakı eksklüziv tərəfdaşıdır.
Adtran şəbəkə və kommunikasiya avadanlıqları üzrə aparıcı qlobal provayderdir. Bugün xidmət provayderləri, özəl təşkilatlar, hökümət təşkilatları və dünya üzrə milyonlarla fərdi istifadəçi Adtran həllərindən istifadə edir. Şirkət internetə girişdən, korporativ qoşulmadan tutmuş telekommunikasiya və distant təhsilə qədər bir çox tətbiqlərin istifadəsinə imkan verən innovativ şəbəkəyə giriş məhsullarını təchiz edir.
Xidmət provayderləri mərkəzi ofislərini və ya əlavə terminallarını birbaşa abunəçinin sonlanma qurğusuna qoşmaq üçün ADTRAN avadanlığından istifadə edirlər. Şirkətin məhsulları voice, data, video və internet kommunikasiyasını bir sıra şəbəkə infrastrukturunda da istifadə edilir.