VDSL
Çox yüksək sürətli rəqəmsal abunəçi xətti (VDSL və ya VHDSL) cüt mis simlər üzərindən (52 Mbit/s-ə qədər yükləmə və 16 Mbit/s-ə qədər ötürmə), eləcə də koaksial kabel üzərindən (85 Mbit/s-ə qədər yükləmə və ötürmə) 25 Khz-dən 12 Mhz-ə qədər tezlik diapazonu istifadə edərək məlumat ötürməsini asimmetrik rəqəmsal abunəçi xəttindən (ADSL) daha sürətli təmin edən DSL texnologiyasıdır.