ADSL
ADSL (Asymmetric Digital Subscriber Line) rəqəmsal informasiyanı mövcud telefon xətləri üzərindən yüksək sürətlə evlərə və iş yerlərinə ötürən texnologiyadır. ADSL ilə internetə qoşulduğunuz zaman eyni anda telefondan da istifadə edə bilərsiniz. Bu zaman telefonunuz məşğul olmur.
Avirtel Bakıda və ölkənin regionlarında abonentlərə genişzolaqlı, yüksək sürətli ADSL internet xidməti təklif edir. Xidmət telefon xətləri üzərindən göstərilir. AvirTel hazırda Bakıda və Azərbaycanın 40-dan çox regionunda təmsil olunur.
Bizim ADSL internet xidmətlərimizdən həm şirkətlər, həm də fərdi müştərilər yararlana bilər.
Üstünlüklərimiz:
- Sürətli və etibarlı qoşulma;
- Münasib qiymətlər;
- Pulsuz quraşdırma;
- Hər bir müştəriyə fərdi yanaşma;
- Professional komanda tərəfindən 24/7 pulsuz texniki dəstək;