FAQ
AvirCall nədir?
AvirCall Avirtel şirkətinin Zəng Mərkəzi üçün yaratdığı texniki həllərdir.
AvirCall xidmətlərinə nələr daxildir?
AvirCall xidmətlərinə SİP telefonların, Zəng Mərkəzi serverlərinin təchizatı və quraşdırılması, eləcə də bütün texniki ayarlanma işlərinin aparılması daxildir.
Avirtel şirkəti hansı model İP telefonları təchiz edə bilir?
Biz müştərinin istəyi əsasında İP telefonlarını bir çox modellərini təchiz edə bilərik. Eyni zamanda Avirtel şirkəti Almaniya istehsalı olan Snom İP telefonlarının Azərbaycanda ekslüziv distribyutorudur.
Snom aparatlarının qiyməti neçəyədir?
Snom aparatlarının qiyməti cihazın modelindən və sifarişin həcmindən asılı olaraq dəyişir.
Mən sifariş etdiyim Snom aparatı üçün hansı üsulla ödəniş edə bilərəm?
Ödəniş bank köçürməsi və ya nağd şəkildə aparıla bilər. Bank hesabımız müqavilədə qeyd olunur. Nağd yolla ödənişi bizim baş ofisimizə yaxınlaşaraq (Bakı ş., Nərimanov r-nu, M.Araz küç. 50C) həyata keçirə bilərsiz.
Snom telefonlarının neçə növü var və onların arasında olan fərq nədən ibarətdir?
Snom telefonlarının çox sayda növləri var. Bütün Snom məhsulları barədə ətraflı məlumatı www.snom.com veb-saytından əldə edə bilərsiniz.
Snom telefonları açıq interfeysi dəstəkləyirmi?
Bəli. Snom telefonları SIP-i (Sessiya başlama protokolu) dəstəkləyən bir sıra müvafiq IP-PBX sistemləri ilə işləyə bilər.