FAQ
İP TV nədir?
IP TV (Internet Protocol Television) yeni nəsil rəqəmsal televiziyadır. Translyasiya geniş zolaqlı internetdən istifadə edilməklə çatdırılır. Bu isə translyasiya zamani əngəllərin qarşısını alır, yüksək sürət və maksimal görüntü əldə etməyə imkan verir.
IP TV-ə qoşulmaq üçün nə lazımdır?
IP TV-ə qoşulmaq üçün, ilk növbədə, yazılı şəkildə AvirTel-ə müraciət etmək lazımdır. Daha sonra abunəçi ilə müqavilə bağlanır. Əlavə avadanlıq quraşdırmağa ehtiyac var. Əldə olunduqdan sonra avadanlıq modemə uyğunlaşdırılır. Avadanlıq və modem evdə televizora yaxın quraşdırılır.
AvirTV-dən kim istifadə edə bilər?
AvirTV-ni mövcud AvirNet müştəriləri, eləcə də internet qoşulması olmayan, lakin telefon xətti olan müştərilər istifadə edə bilər.
IP TV istifadə etmək üçün internet istifadəçisi olmaq mütləqdir?
IP TV istifadə etmək üçün, ilk növbədə, ADSL xidmətini və ya Avirtel şirkətinin qeyd olunmuş kanallarınını qoşmaq lazımdır. İstəyə görə qoşulmadan sonra bloklamaya görə hər ay 3 AZN ödəyərək, Siz interneti bağlaya bilərsiniz. Lakin bu halda IP TV görə aylıq ödəniş 1 AZN olacaq.
Əlavə avadanlıq olmadan IP TV-dən istifadə edə bilərəmmi?
Xeyr, IP TV üçün əlavə avadanlıq mütləqdir.
Sizin internet xidmətinin istifadəçisi olmadan mən IP TV-ə qoşula bilərəm?
Xeyr, Avirtel şirkətinin IP TV-na qoşulmaq üçün Siz mütləq bizim müştərimiz olmalısınız.
Mən set-top box olmadan AvirTV-ə baxa bilərəm?
Əgər sizin Smart televizorunuz varsa, AvirTV-ni set-top box olmadan izləyə bilərsiniz.
IP TV üçün əlavə avadanlığı hökmən sizdən almalıyam?
Xeyr, bu mütləq deyil.
Telefon xəttinin göstəriciləri IP TV-in keyfiyyətinə təsir edirmi?
Əgər telefon xəttinin göstəriciləri qəbul olunmuş standartlardan aşağıdırsa, bu zaman keyfiyyətlə bağlı problemlər yarana bilər.
IP TV-də hansı kanallar var?
Tam kanal siyahısına aşağıdakı linkdə baxa bilərsiniz: http://www.avirtel.az/az/cat/ferdi-ip-tv-tv-kanalların-siyahısı. Yaxın zamanda siyahıya digər kanallar da əlavə olunacaq.
Sizdə IP TV-ni dəstəkləyən avadanlıq neçəyədir?
Set-top box avadanlığının (MAG250) qiyməti 100 AZN.
IP TV xidmətinin aylıq ödənişi nə qədərdir?
IP TV-nin aylıq ödənişi 5 AZN təşkil edir.
Hansı televizordan istifadə etmək müvafiqdir?
IP TV-yə AV, HDMİ çıxışı olan istənilən televizordan istifadə etmək olar.
Iki və daha artıq televizor qoşmaq olar?
Bəli. Lakin bu halda hər televizor üçün əlavə avadanlıq tələb olunur.
Kanallarınızın sayı nə qədərdir?
Hal hazırda 180 kanal yayımlanır.
Sizin xidmətinizə qoşulmaq üçün nə etmək lazımdır?
Xidmətə şirkətimizin www.avirtel.az saytında onlayn müraciət edərək, baş ofisə yaxınlaşaraq və ya AvirTel-in regional nümayəndələrinə müraciət edərək qoşulmaq olar.
Xidmətə qoşulmaq üçün hansı sənədlər tələb olunur?
Fiziki şəxslər üçün stasionar telefon nömrəsi kimin adınadırsa onun şəxsiyyətini təsdiq edən sənəd və müqavilə bağlamağa gələn şəxsin sənədi, hüquqi şəxslər üçün şirkətin rəsmi məlumatları tələb olunur və müqaviləyə imza atacaq vəzifəli şəxsin imzası və şirkət möhürü. Bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
Qoşulma haqqı nə qədərdir?
IP TV-yə qoşulma xidməti pulsuzdur. Sizdən yalnız IP TV-ni dəstəkləyən avadanlığı almaq tələb olunur.
Qoşulma neçə gün ərzində həyata keçirilir?
Qoşulma 3 iş günü ərzində həyata keçirilir.
Modemlə IP TV üçün əlavə avadanlıq arasında hansı əlaqə var?
Modemlə əlavə avadanlıq arasında Ethernet və ya Wirless əlaqəsi olur.
Kanalların siyahısında dəyişiklik edə bilərəmmi?
Kanalların yayım bazası bizdə olmadığı üçün hal-hazırda dəyişiklik etmək mümkün deyil.
Xidmət haqqını nə zaman ödəməliyəm?
Birinci ay üçün xidmət haqqı qoşulma zamanı, növbəti aylarda isə hər cari ayın 3-dək həyata keçirilir.
Xidmət haqqını hansı vasitələrlə ödəyə bilərəm?
Xidmət haqqını İnternet, ödəniş terminalları (paypoint), bank, Müştəri Xidmətləri, diler məntəqələri və ödəniş kartları vasitəsi ilə ödəmək olar.
Ödəmə məntəqələriniz hansılardır?
Abunəçi Avirtel ofisinə (Bakı ş., Nərimanov r., M.Araz küç.50C), regionlardakı nümayəndəliklərimizə yaxınlaşaraq və ya İnternet ödəmə sistemləri vasitəsilə (məsələn, Goldenpay, Azericard, Portmanat və s.) ödəniş edə bilər.
Əvvəlcədən ödəniş zamanı güzəşt olunurmu?
Güzəştlər kampaniyalar dövründə mövcud olur. Bunun üçün bizim www.avirtel.az saytını izləyin.
Avirtel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün nə etmək lazımdır?
Avirtel ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün Avirtel-in ofisi və ya regional nümayəndəliyə yaxınlaşaraq 1 ay əvvəlcədən ərizə ilə müraciət etmək lazımdır.
Müştərinin internet xəttinin sürətinin aşağı olması IP TV-in görüntü keyfiyyətinə təsir edirmi?
IP TV-nin görüntü keyfiyyəti internet xəttinin sürətindən deyil, telefon xəttinin parametrlərindən asılıdır.
Problem yaranarsa, nə etməliyəm?
Əgər AvirTV ilə probleminiz yaranarsa, bizim Müştəri Xidmətləri Servisimizlə, 176 Qaynar xətti və ya helpdesk.avirtel.az vasitəsilə əlaqə saxlaya bilərsiniz.